Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbir Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Yeni Sabah” a verilən əlumata əsasən, aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-21° isti,
Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq. Marqarita pizza
Rayonlarda hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.
Telegram kanalımız