Sabah bu ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu ərazilərdə işıq olmayacaq

Sosial

03 Mart 2026 23:39 502


Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 10 kV-luq "Pravda" hava xəttində təmir işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:30-dək Cil, Xarxatan, Şağlaser kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. pizza mizza

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!