Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

Sosial Veb saytların hazırlanması

24 Noyabr 2022 19:37 970


Sabah Zərdab rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qol qaz kəmərinin kanal keçidindən keçən, korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı, noyabrın 25-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!