“Sabah eyni şeyi etməyə çalışacağıq“ - Baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

“Sabah eyni şeyi etməyə çalışacağıq“ - Baş məşqçi

İdman

27 İyul 2022 19:25 1161


“İlk oyunda Kiprdə məğlub olduq. Həmin görüşü təhlil etdik, danışdıq. Sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməliyik".

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 2-ci təsnifat mərhələsidə Kipr “Aris”i ilə  cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib: “Aris”ə böyük hörmətlə yanaşırıq. Amma sabah əlimizdən gələni edəcəyik ki, dönüş yarada bilək. Həm özümüz, həm də fanatlarımız üçün qələbə qazanaraq, növbəti mərhələyə yüksəlməyə çalışacağıq”. Dominos pizza

O, hazırda rəqibi daha yaxşı tanıdıqlarını söyləyib: "“Aris”in aqressiv oynaması normal idi, evdə oynayırdı. Biz də sabah eyni şeyi etməyə çalışacağıq. Komandaya güvənirəm. Lazımi nəticə əldə edəcəyimizə inanıram. Bunu sabah görəcəksiniz".

Sabah "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Aris" görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Bakı klubu 0:2 hesabı ilə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!