Sabah güclü külək olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah güclü külək olacaq

Rəsmi

15 Mart 2020 13:14 1035


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlədə duman, çiskin olacağı,  axşam isə yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  8-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq. Atmosfer  təzyiqi  761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.  

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq arabir yağış,  dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə  duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz  6-11°  isti  olacaq.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!