Sevgililər günü Bakıda 20 dərəcə isti olacaq -   PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Sevgililər günü Bakıda 20 dərəcə isti olacaq - PROQNOZ

Sosial

13 Fevral 2026 12:16 626


Fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % təşkil edəcək.  Dominos pizza

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Qeyd edək ki, 14 fevral Sevgililər Günüdür. 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!