Sabah hava yağmursuz olacaq - PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava yağmursuz olacaq - PROQNOZ

Sosial

29 Yanvar 2025 13:03 163


Milli Hidrometeorologiya Xidməti yanvarın 30-da gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. pizza hut

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!