Sabah sulu qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah sulu qar yağacaq

Sosial

13 Dekabr 2022 12:41 841


Dekabrın 14-nə olan hava şəraiti açqılanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, sabah Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif  duman müşahidə olunacaq.

Cənub  küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dördpendirli pizza

Havanın temperaturu gecə 5-7° isti, gündüz  8-11°  isti, Bakıda gecə 5-7° isti, gündüz  8-10°  isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu olacaq. 

Nisbi rütubət  60-70 % olacaq. 

Azərbaycanın rayonlarında əssasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!