Sabah yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Sabah yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sosial

18 Avqust 2023 16:29 779


Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, 19-u gündüzdən 20-si gündüzədək isə bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var. pizza hut

Şərq küləyi 15-18 m/s, 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!