Sabahın hava proqnozu açıqlandı: Duman, şaxta...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı: Duman, şaxta...

Sosial

02 Fevral 2025 12:21 282


Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. pizza mizza

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!