Qar, yağış yağacaq, şaxta olacaq -   SABAHIN HAVASI

saytların hazırlanması

Evə çatdırılma

Qar, yağış yağacaq, şaxta olacaq - SABAHIN HAVASI

Sosial

13 Yanvar 2026 12:30 1507


Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bu barədə “Yeni Sabah” Milli Hidrometeorologiyada Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq. Pepperoni pizza

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtdan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!