Sabahın havası açıqlandı: Külək olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası açıqlandı: Külək olmayacaq

Rəsmi

14 İyul 2019 11:49 1273


Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 18-22° isti, gündüz  27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz  30-32°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-55 %  olacaq.    pizza mizza

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu:  Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 9-14° isti,  gündüz  19-24°  isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!