Sabah rayonlarda hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah rayonlarda hava necə olacaq?

Sosial

13 Fevral 2026 13:45 660


Fevralın 14-də Azərbaycanın rayon və şəhərlərində gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq və arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq. pizza

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Naxçıvan şəhəri və rayonlarında (Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) hava əsasən yağmursuz keçəcək. Lakin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq.Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, dağlıq ərazilərdə 3°-dək şaxta, gündüz 8-13° isti olacaq.

Dağlıq Qarabağ və ətraf rayonlarda (Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, Daşkəsən-Gədəbəy, Göygöl) hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə az miqdarda yağıntı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Şərqi Zəngəzurda (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, dağlıq ərazilərdə 4°-dək şaxta, gündüz 11-16° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti olacaq.

 Quba-Xaçmaz bölgəsi - Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 8-13° isti olacaq.

Mərkəzi və Aran bölgəsində (Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala) hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti olacaq.

Cənub bölgəsində (Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad) hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-5° isti, gündüz 12-17° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!