Sabiq Baş Nazir 101 yaşında vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Sabiq Baş Nazir 101 yaşında vəfat etdi

Dünya

29 Noyabr 2019 09:18 1024


Yaponiyanın sabiq Baş Naziri Yasuhiro Nakasone 101 yaşında vəfat edib.

“Yeni Sabah” xarici mətbuata istinjadən xəbər verir ki, o, səhər saat 7 radələrində Tokiodakı xəstəxanalardan birində dünyasını dəyişib.

Nakasone dünyanın ən uzunömürlü keçmiş liderlərindən biri, eyni zamanda Yaponiya tarixində ən çox yaşayan ikinci hökumət başçısı olub. Dördpendirli pizza

O, 1947-ci ildə Nümayəndələr Palatasına seçildikdən sonra 20 dəfə Liberal Demokratik Partiyası (LDP) üzvü olaraq bu palatada təmsil olunub.

Nakasone 1982-86-cı illərdə Baş Nazir kimi fəaliyyət göstərib. O, 1997-ci ildə Yaponiyanın ən yüksək mükafatı sayılan Ali Xrizantema ordeni ilə təltif olunub, 2003-cü ildə isə siyasəti tərk edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!