Milli Məclisin sabiq deputatı Aqil Məmmədov milyarderlərdən yüksək məbləğdə vergi alınaraq həmin vəsaitin uşaqpuluna yönəldilməsi ilə bağlı təkliflərə münasibət bildirib.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o, Azərbaycanda mövcud vergi qanunvericiliyə dəyişiklik edilməsinin vacib olduğunu deyib:
“Qanunlarda dəyişiklik olsa, milyarderlərdən yüksək vergi alınması ilə bağlı məsələ nəzərdə tutularsa, bəlkə də həmin vəsaiti uşaqpuluna yönəltmək mümkün olar. Amma hazırda bu, mümkün deyil. Əlbəttə, dövlət uşaqpulu məsələsinin həlli istiqamətində düşünür. Çoxuşaqlı ailələrin sosial durumunun yaxşılaşdırılması üçün onsuz da mərhələli şəkildə mütəmadi addımlar atılır. Dominos pizza
Son zamanlar uşaqpulu gündəmdə olan mövzudur. Verilsə, yaxşı olar, amma hazırkı vaxtda daha mühüm problemlərimiz, əhəmiyyətli işlərimiz var. Bu işlər də təxirə salınmadan həllini tapmalıdır. Mən də hansısa formada uşaqpulunun verilməsinin tərəfindəyəm".
Telegram kanalımız