Azərbaycanın mərhum müdafiə sənayesi naziri Yavər Camalovun gəlini vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, sabiq nazirin oğlu, polis polkovniki Elşən Camalovun həyat yoldaşı İradə Camalova dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb. Toyuqlu pizza
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev və digər rəsmilər Camalovlar ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Elşən Camalov daxili işlər orqanlarında işləyir. O, Nizami Rayon Mühafizə Polisi İdarəsinin rəisidir.
Xatırladaq ki, Y.Camalov 2006-2018-ci illərdə Azərbaycanın müdafiə sənayesi naziri olub. O, 2018-ci ildə müalicə üçün getdiyi İsraildə 69 yaşında vəfat edib. Y.Camalovun oğlu Rövşən Camalov isə 2017-ci ildə 44 yaşında ölüb.
Aytac Əliyeva
Telegram kanalımız