Sabir Rüstəmxanlı şəhidin məzarını abadlaşdıracaq

saytların hazırlanması

Evə çatdırılma

Sabir Rüstəmxanlı şəhidin məzarını abadlaşdıracaq

Sosial

26 İyul 2020 18:08 1416


"Həftə sonu Neftçaladaydım. Ölkə prezidentinin rayonun su probleminin həllinə diqqəti, bir gün öncə verdiyi tapşırıqlar dünən Neftçalada xüsusi bir canlanma yaratmışdı".

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib. Bildirib ki, əhaliyə içməli su daşımaq üçün 20-dən artıq yenì maşın gəlmiş, rəsmi idarələr həyəcana düşmüşdülər:

"Su qıtlığı yaranandan mən də bu qayğıların içindəyəm. Ərkim çatan adamlar, köməkçilərim səhərdan axşama camaatın arasında yorulmadan çalışırlar. Təbiət Neftçalanı çətin sınaga çəkib və rayon əhalisi səbr və mərdliklə bu sınaqdan çıxmağa çalışır. Neftçalalılar həm milli-azadlıq hərəkatında, həm də Qarabağ müharibəsində çox fəal olublar. Tovuz savaşı günlərində bütün şəhidlərimizi və o cümlədən, Neftçala şəhidləri, bir daha hörmətlə xatırlanır, onların adının əbədiləşdirilməsi üçün hər kəs əlindən gələni etməyə çalışır" Pepperoni pizza

S. Rüstəmxanlı qeyd edib ki, Qarabağ müharibəsində Neftçalanın ilk şəhidi Gözəlov Əfsərdir. İki qardaşı da cəbhədə vuruşub və sonra vəfat ediblər:

"İndi Bankədə ailə üzvlərindən heç kim qalmayıb. Buna görə də onun qəbrinin üstünün və baş daşının layiqincə düzəltdirilməsini özümə borc bildim. Dünən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovla yeni abidəyə baxıb, şəhidimizin ruhunu yad etdik..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!