Sabirabad Peşə Liseyinə yeni direktor təyin edilib.
Bu barədə “Yeni Sabah”a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müvafiq əmrlə Elçin Səmədov Sabirabad Peşə Liseyinin direktoru vəzifəsinə gətirilib. Toyuqlu pizza
Qeyd edək ki, E.Səmədov Şirvan şəhərində anadan olub. Ali təhsilini Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 2024-cü ildən Azərbaycan Texniki Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.
2010-2017-ci illərdə Sabirabad rayonu E.Sədiyev adına Qaragüney kənd 2 saylı tam orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışıb, Sabirabad rayonu İ.Məmmədov adına Azadkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.
2017-2025-ci illərdə Sabirabad rayonu Yaxa Dəllək kənd Ə.Xanlarov adına tam orta məktəbin direktoru olub.

Aytac Əliyeva
Telegram kanalımız