Sabirabadın mərkəzi bazarında yanğın söndürülüb.
“Yeni Sabah” xəbər verir ki, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərin birgə mübarizəsi nəticəsində alov lokallaşdırılıb və yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Lakin buna baxmayaraq, ümumi sahəsi 1000 kvadratmetr sahədən artıq olan iki böyük və iki kiçik ticarət obyekti yanaraq yararsız hala düşüb. Sahibkarlara xeyli miqdarda ziyan dəyib. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil. Toyuqlu pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız