Sabirabadda pambıq zavodundakı yanğının əhatə dairəsi genişləndi

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda pambıq zavodundakı yanğının əhatə dairəsi genişləndi

Hadisə

19 Fevral 2023 19:58 1038


Sabirabadda pambıq zavodunda baş verən yanğınla bağlı açıqlama verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün saat 18 radələrində Sabirabad Rayon Polis Şöbəsinə rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal RPŞ-nin və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. Hazırda şöbə əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir. pizza

Qeyd edilib ki, yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!