Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasını reanimasiya şöbəsinə yerləşdirilən, 1979-cu il təvəllüdlü Abışova Günay Abdul qızı həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, gecə saatlarında rayonun Kürkəndi kəndində “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı divara çarpılıb. Nəticədə G.Abışova olmaqla 4 nəfər ağır bədən xəsarətləri alıb. pizza hut
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız