Sabirabadın bazarında güclü yanğın

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadın bazarında güclü yanğın

Kriminal

16 İyul 2019 06:37 1972


Sabirabad rayonunun Mərkəzi Bazarında güclü yanğın başlayıb.

“Yeni Sabah” FHN-ə istinadən xəbər verir ki, nazirliyin"112" qaynar telefon xəttinə, Sabirabad rayonunda Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub. 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.  Sezar pizza

İlkin məlumata əsasən bazarın ərazisində bir-birinə bitişik mağazalar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2 sahədə yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!