"Moldova hakimiyyəti Dnestryanıdakı vəziyyət fonunda ölkədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq üçün tədbirlər görür".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Moldova prezident Maya Sandu bildirib.
"Dnestryanıda baş verənlər narahatlıq doğurur, təhlillərimiz göstərir ki, onlar daxili qarşıdurmalardan qaynaqlanır. Hüquq-mühafizə qüvvələri Moldovada vəziyyətin sabitliyini pozmaq cəhdlərinin qarşısını almaq üçün hər şeyi etməyə çalışır", - deyə Sandu vurğulayıb. pizza
Öz növbəsində, Kişineuda işgüzar səfərdə olan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel qeyd edib ki, Aİ “sabitliyi mümkün qədər uzun müddət saxlamaq üçün səy göstərmək istəyir”.
Telegram kanalımız