Şabranda avtomobil körpüdən aşdı: Ər-arvad yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Şabranda avtomobil körpüdən aşdı: Ər-arvad yaralandı

Hadisə

07 Aprel 2022 23:51 583


Şabran rayonunda yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun 128-ci km-də qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 1969-cu il təvəllüdlü Əhməd Əjdər oğlu Əhmədov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ruhangiz Gülməmməd qızı Əhmədova müxtəlif xəsarətlər alıblar. Dominos pizza

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan Ə.Əhmədov Qusardakı tibb müəssisəsinə, R.Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Ə.Əhmədov Xaçmazda özəl xəstəxanaların birində cərrah-həkim işləyir.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!