Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kultivasiya yolu ilə çətənə kolları yetişdirən rayon sakinini saxlayıblar.
DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri Padar kənd sakini Fikrət Paşayevə məxsus evin həyətyanı sahəsində aşkarlanıb. Şahidlərin iştirakı ilə həmin sahəyə baxış zamanı 8 ədəd çətənə kolu müəyyən edilib.
Dindirilmə zamanı F.Paşayev çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib. pizza sifarişi
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Telegram kanalımız