Şabran şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, Mərkəzi Xəstəxananın qarşısında “Mercedes” və “AzSamand” markalı avtomobillər toqquşub.
Nəticədə, Şabran şəhər sakinləri 1988-ci il təvəllüdlü Həmidov Aqşin İlqar oğlu və 1997-ci il təvəllüdlü İskəndərov Samir İskəndər oğlu xəsarət alıb. pizza hut
Hər iki yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tibbi müayinədən sonra xəsarət alanlar ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız