Sabunçuda əməliyyat - 11 kq narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabunçuda əməliyyat - 11 kq narkotik aşkarlandı

Hadisə

24 Oktyabr 2025 10:12 215


Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Əməliyyat zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb. Sezar pizza

Ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib. 

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!