Sabunçuda kanalizasiya qapaqlarını oğurlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Sabunçuda kanalizasiya qapaqlarını oğurlayan şəxs tutuldu

Kriminal

28 Noyabr 2022 10:58 706


Sabunçu rayonunda dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərlərini, habelə kanalizasiya quyularının dəmir qapağını oğurlayan şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, nəticədə dövlətə 5 min manata yaxın maddi ziyan dəyib.

Oğurluqları törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Əli Əliyev saxlanılıb. Onun 17 ədəd kanalizasiya quyusunun dəmir qapaqlarını oğurladığı müəyyən edilib. pizza mizza

Bundan başqa Əli Əliyev Kürdəxanı, Zabrat və digər ərazilərdə yerləşən ümumilikdə 10 evdən təmir-tikinti və məişət əşyaları oğurladığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!