ŞAD XƏBƏR - Bəzi ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR - Bəzi ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir

Sosial

19 Yanvar 2025 21:57 360


Bir sıra ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, "Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydaları"nı təsdiq edib.

İqtisadçı Rəşad Həsənov bildirib ki, yeni sənədə əsasən, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq: "Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir". pizza

Rəşad Həsənov bildirib ki, yeni qaydalar ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək. Bura təxminən 12 adda ərzaq məhsulu daxildir. Söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir.

Qeyd edək ki, strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin cəlbi ilə yaradılması nəzərdə tutulur.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!