Şağanda baş verən qətlin səbəbi ortaya çıxdı   - TƏFƏRRÜAT/VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şağanda baş verən qətlin səbəbi ortaya çıxdı - TƏFƏRRÜAT/VİDEO

Kriminal

02 Noyabr 2023 21:37 1985


Şağan qəsəbəsində baş verən qətlin detalları məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, iddiaya əsasən, qətlə səbəb gənc oğlanın qız qaçırtması, qızın da qardaşının oğlanın atasını güllələməsidir.

Qətlə yetirilən Cavanşir Abdullayevin qardaşı bildirib ki, hadisə onun yanında baş verib. Marqarita pizza

Cinayət “Revolver” tipli tapança ilə törədilib.

Araşdırma nəticəsində məlum olub ki, 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!