Çinin Hanqzhou şəhərində yerləşən məktəblərdən birində koronavirusla mübarizə çərçivəsində şagirdlərdən sosial məsafə papaqları taxmaq tələb olunub.
Yenisabah.az xəbər verir ki,papaqların şəkli sosial media platforması olan "Weibo"da yayımlanıb. Məlumata görə, bu papaqlar şagirdlərin özləri tərəfindən hazırlanıb. Belə ki, "Yangzheng" İbtidai Məktəbində müəllimlər şagirdlərə belə bir papaq hazırlamağı ev tapşırığı olaraq veriblər və buna əsasən,şagirdlər tərəfindən sosial məsafə qaydasını xatırladan bir metrlik qanadlı karton papaqlar hazırlanıb.
Qeyd edək ki, Hanqzhoudakı ən uzun qış tətili birinci və üçüncü sinif şagirdlərinin məktəbə qayıtması ilə sonlanıb. Dominos pizza
Telegram kanalımız