Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi

Sosial

25 Fevral 2026 15:23 253


Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilir.

Bu barədə “Yeni Sabah”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları və 1-10-cu sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir. Dördpendirli pizza

25 fevral 2026-cı il tarixindən etibarən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-cı il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək yenidən aktiv edilməyəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!