“Sağlam məktəbli” layihəsi davam edir

saytların hazırlanması

Evə çatdırılma

“Sağlam məktəbli” layihəsi davam edir

Sosial

16 Aprel 2019 19:34 793


Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində keçirdiyi növbəti görüşlər Tərtər rayonundakı 6, Şirvan şəhərindəki 16 nömrəli tam orta məktəblərin və Hacıqabul rayon 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri ilə olub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən “Yeni Sabah”a verilən məlumata görə, görüş zamanı şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, fastfudun zərərləri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib. Pepperoni pizza

Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onların “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsisində iştirak etməyi tövsiyə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!