Şah Mat Teatrında premyera olacaq

saytların hazırlanması

Evə çatdırılma

Şah Mat Teatrında premyera olacaq

Mədəniyyət

04 May 2022 15:11 1370


Mayın 6-da Müstəqil Şah Mat Teatrında dünya şöhrətli Alman şair-dramaturqu, mütəfəkkiri Y.V.Hötenin “Gənc Verterin iztirabları” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.

Bu barədə "Yeni Sabah"a Teatrın mətbuat xidmətində bildiriblər.

Qeyd olunub ki, Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun amansız teatr üslubunda quruluş verdiyi tamaşada rolları Fərid Vəliyev,Günel İmanova, Cavid Cavadzadə, Fərid Kazakov, Ellada Abdullazadə ifa edəcək. Dominos pizza

Xronometrajı 1 saat səhnə əsərinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Səid Abbasovdur.

Qeyd edək ki, tamaşa 13+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından əldə bilərsiniz. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!