7 ildən sonra erməni əsirliyindən azad olunan Şahbaz Quliyev son günlər haqqında mediada yayılan neqativ xəbərlərə görə jurnalistləri hədəfə alıb.
“Yeni Sabah” xəbər verir ki, Missiya TV-də yayımlanan “Qaranlıq məsələ” verilişinin qazi adından sui-istifadə edənlərə həsr olunmuş son buraxılışında səsləndirilmiş fikirlərdən sonra o verilişin aparıcılarından biri, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğluna zəng edərək təthdid elementləri və təhqiredici ifadələrlə müşayət olunan fikirlər səsləndirib.
C. Musaoğlu saytımıza bildirib ki, Ş. Quliyev zəng edərək onun haqqında söyüşlər səsləndirib: “Azərbaycan dövlətini aşağılamağa yönələn bütün addımların qarşısında ictimai xadim və jurnalist kimi cavab verməliyəm. Bu, mənim borcumdur. Vəssalam! pizza
O adam xəstədir. Küçə jarqonu ilə danışır. Amma bu dildə danışmaq ayıbdır. Dünyanın bir çox ölkələrində əsirlikdən gələnlərə cinayət işi qaldırılır. Amma Şahbaza qarşı nəinki cinayət işi qaldırıldı, əksinə buna Prezident hər şeyi etdi. Bu adam, bu dəqiqə pulsuz müalicə alır.
C. Musaoğlu bildirib ki, Azərbaycan dövləti Quliyev Şahbaz Cəlal oğluna aşağıdakı imkanları yaradıb:
- Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilib.
- Buna görə o, aylıq olaraq 180 manat məbləğində əlilliyə görə müavinət alır.
- Onun həmin aylıq ödənişdən imtina edildiyi barədə söylədikləri doğru deyil. Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir.
- Şahbaz Quliyevin həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub.
- Şahbaz Quliyevə isə bu ilin 30 martında heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O öz təsərrüfatının Tərtər rayonunda quracağını, yaxıın günlərdə məşğulluq filialına yaxınlaşacağını bildirib.
- Onun ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib.
C. Musaoğlu deyir ki, Ş. Quliyev yalandan deyir ki, ona heç bir yardım edilmir: “Bu adam da çıxıb aksiya keçirərək deyir ki, mən bu dövlətdə yaşaya bilmirəm. Ermənilər də bunu hər yerdə yayırlar ki, azərbaycanlılar deyir ki, gəlin, Xankəndidə birlikdə yaşayaq. Necə yaşayaq ki, 7 il bizdə əsirlikdə qalan indi Azərbaycanda daha rəzil vəziyyətdədir. Ermənistan 30 ildir bu sözü gözləyir ki, mən əsirlikdə yaşayırdım, amma dövlətimdə yaşaya bilmirəm. 30 ildir Ermənistanın gözlədiyini dedi o adam”.
Bildirək ki, Şahbaz Quliyev həmçinin “Yeni Sabah”ın redaksiyasına zəng edərək ötən gün onun tikinti şirkətindən qeyri-yaşayış sahəsi tələb etməsi ilə bağlı yayılan görüntüyə görə hədələr səsləndirib.
O, iddia edib ki, həmin görüşdə söyüş işlətməyib: “Guya mən orada 160 kv. metr obyekt yeri tələb etmişəm. Elə deyil. Mən orada Rövşənin yanına getmişəm, orada da onlar dava salıblar. Demişəm ki, qardaş sənədi sən vermisən, yola verin, işinizi görün. Mən onda heç hara getməyim?
Mənim orda evim var, yoxsa obyektim var? Qazi yoldaşdır...
Mən məhkəməyə gedirəm. Orada mən qazilərin yanına getmişəm ki, davanı sakitləşdidirim”.
Ş. Quliyev redaksiyanı məhkəmə ilə təhdid edib və telefonu vəkil kimi təqdim etdiyi Oruc Baxşəliyevə ötürüb. O. Baxşəliyev isə iddia edib ki, həmin binada birinci qrup Qarabağ əlilinə şirkətin sahibi Emin Səməndərov 100 kvadrat yer satıb. Sonra həmin yeri artırma edərək başqa bir xanıma satıb və daha sonra başqa bir iş adamına satıb. Yəni bir yeri 3 nəfərə satıb. “İş adamı və xanım Emindən pulunu alıb. Amma bu gəlib düşüb birinci qrup qazinin üstünə ki, 60 kvadratın da pulunu ver, sənə 160 kvadrat verim. Həmin qazi də deyir ki mənim imkanım çatmır. Qazi verdiyi pulu tələb edir ki, geri qaytarsın”.
Daha sonra O. Baxşəliyev redaksiya haqqında söyüşlərdən istifadə edib.
Telegram kanalımız