“Şahbaz Quliyevin hərəkətlərində şantaj elementinin olması ilə bağlı hüquqi qiymət veriləndən sonra demək olar ki, bu əmələ görə hansı cəza nəzərdə tutulub və hansı cinayət əməlinin tərkibi yaranır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Vəkillər kollegiyasının üzvü Rəşad Əliyev bu gün videogörüntüsü yayılan, erməni əsirliyindən xilas edilmiş Şahbaz Quliyevin hərəkətlərində cinayət əməlinin olub-olmaması haqda sualı cavablandırarkən deyib.
“Videoya baxdım, sadəcə videonun sonu məlum deyil. Kimin haqlı olub-olmadığı bilinmir. Bunu birinci hüquq-mühafizə orqanı araşdırmalıdır. Buna hüquqi qiymət verilməsi istintaq orqanına məxsusdur. Mən belə bir səlahiyyətə malik deyiləm. Sezar pizza
Şantaj faktının olması ilə bağlı hüquqi qiymət veriləndən sonra demək olar ki, hansı cəza nəzərdə tutulub və hansı cinayət əməlinin tərkibi yaranır”.
Xatırladaq ki, Ş. Quliyevin tikinti şirkətindən qeyri yaşayış sahəsi tələb etməsi haqda görüntülər yayılıb.
Telegram kanalımız