“Şahdağ” Milli Parkında baş verən yanğın söndürüldü   - Yenilənib + Video

saytların hazırlanması

Evə çatdırılma

“Şahdağ” Milli Parkında baş verən yanğın söndürüldü - Yenilənib + Video

Hadisə

22 Fevral 2023 20:12 693


“Şahdağ” Milli Parkı ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində təqribən 7 hektar sahədə xəzəl, quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. pizza mizza

Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli kənd sakini iştirak edib.

***

“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qurumdan qeyd olunub ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verib. 

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. 

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!