Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəlib - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəlib - Foto

Sosial

06 Avqust 2020 10:16 678


İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisinin həyata keçirdiyi zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

Yenisabah.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova artıq zubr balalarının sayının 3-ə çatdığını bildirib.

O qeyd edib ki, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub: “İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə ötən ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb”.  Sezar pizza

A.Səmədova xatırladıb ki, artıq zubrların sayı 15-ə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!