Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında “Şahdağ” Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. pizza mizza
Telegram kanalımız