Şahdağa bir metr qar yağdı -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Şahdağa bir metr qar yağdı - FAKTİKİ HAVA

Sosial

14 Aprel 2026 11:56 252


Aprelin 14-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 101, Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 34, Xaltan və Qrızda 18, Xınalıqda 12, Şahbuz və Qusarda (Laza) 6, Kəlbəcərdə 2, Lerik, Laçın və Şuşada 1 sm-dir. Dominos pizza

Düşən yağıntının miqdarı Qəbələdə 32, Oğuzda 28, Sabirabadda 23, Şəkidə 22, İsmayıllıda (İvanovka) 18, Ağsu və Balakəndə 16, Şamaxı və Biləsuvarda 13, Neftçala və Lerikdə 11, Şirvan, Qobustan, Xızı və Göyçayda 10, İmişlidə 9, Gədəbəy və Culfada 8, Ordubad, Quba və Astarada 7, Ağdam, Mingəçevirdə 6, Lənkəran, Yardımlıda 5, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Daşkəsən və Naxçıvanda 4, Göygöl, Goranboy, Kürdəmir və Zərdabda 3, Şərur, Sədərək, Tərtər, Bərdə, Yevlax və Xaçmazda 2, Gəncə, Naftalan, Şabran, Cəbrayıl, Qubadlı, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dək qeydə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!