“Şahənşah” restoranında zəhərlənmə ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Şahənşah” restoranında zəhərlənmə ilə bağlı rəsmi açıqlama

Hadisə

18 Noyabr 2019 11:28 1219


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranda baş vermiş zəhərlənmə ilə bağlı açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, AQTA-dan hadisə ilə bağlı quruma heç bir müraciət daxil olmadığını bildirib:

"Ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır". pizza mizza

Xatırladaq ki, noyabr ayının 13-də Bakıda "Şahənşah" restoranında kütləvi zəhərlənmə qeydə alınıb. Məclis sahibi Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib.

İlk zəhərlənənlərdən biri isə bəyin dayısı oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Oğlanın mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə, hələ də ev şəraitində müalicə alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!