Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxardı

Siyasət

05 Dekabr 2023 15:52 597


Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edilib.

“Yeni Sabah” Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərov tutduğu vəzifədən azad olunub.

Əliqulu Cəfərov öz istəyi ilə təqaüdə göndərilib. pizza hut

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Əliqulu Cəfərovun Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir. O, uzun müddət DGK-nin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub. Səfər Mehdiyevin 2020-ci ildə müvafiq əmri ilə Türkiyədəki səfirliyimizə gömrük attaşesi təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!