Şahin Mustafayev İrana gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev İrana gedəcək

Siyasət

21 Noyabr 2021 11:48 873


Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi iqtisadi nümayəndə heyəti bazar günü İrana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi öz Tvitter hesabında məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan və İranın birgə iqtisadi-ticari və mədəni əməkdaşlıq üzrə komissiyasına rəhbərlik edən Şahin Mustafayevin xarici işlər, neft, yol və şəhərsalma nazirləri ilə görüşü nəzərdə tutulub. Dördpendirli pizza

Səfər zamanı Azərbaycan nümayəndə heyəti iki ölkə arasında qarşılıqlı əməkdaşlığı nəzərdən keçirəcək.

Xatırladaq ki, noyabrın 19-da Abbas Musəvi baş nazirin müavini Şahin Mustafayevlə görüşərək İran və Azərbaycan Respublikası arasında siyasi və iqtisadi münasibətlərdəki son inkişafları müzakirə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!