Şahin Mustafayev Moskvada: Overçukla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev Moskvada: Overçukla görüşdü

Siyasət

03 May 2024 15:50 396


Rusiya Baş nazirin müavini Aleksey Overçuk Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, danışıqlar zamanı Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələləri müzakirə edilib.

Tərəflər ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər. Pepperoni pizza

Hökumətlərarası komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!