Şahin Mustafayev Xankədiyə gedir

saytların hazırlanması

Evə çatdırılma

Şahin Mustafayev Xankədiyə gedir

Rəsmi

02 Oktyabr 2023 09:24 748


Bu gün Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni icmasını təmsil edən şəxslər, həmçinin erməni sakinlər arasında növbəti görüş keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, görüş Xankəndi şəhərində baş tutacaq. 

Bir neçə gün öncə Baş nazirin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Toyuqlu pizza

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!