Şahramanyandan Rusiya sülhməramlıları ilə bağlı şok etiraf

saytların hazırlanması

Evə çatdırılma

Şahramanyandan Rusiya sülhməramlıları ilə bağlı şok etiraf

Siyasət

25 Noyabr 2023 15:52 1043


Qarabağdakı keçmiş separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyasının iclasında bir sıra sualları cavablandırıb. 

Samvel Şahramanyan qondarma rejimin ləğv ediləcəyi barədə "fərman" imzalaması haqda danışıb. 

Şahramanyan qondarma qurumun digər "rəhbər" şəxslərinin harada olmasına da aydınlıq gətirib. O, keçmiş "rəhbər"lərin bir qisminin Rusiya sülhməramlılarının qərargahında, digər "rəsmi"lərin isə Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib.  pizza mizza

Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı da danışan Şahramanyan bildirib ki, bu, səhlənkarlıq nəticəsində baş verən hadisədir. 

Samvel Şahramanyan bundan sonra Ermənistanda siyasətlə məşğul olmayacağını bildirib. (News24.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!