Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sosial

27 Fevral 2026 01:33 471


Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata görə, fevralın 27-də Maştağa ETSİ-nin ərazisində yerləşən 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580.1 və 580.2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Sezar pizza

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!