Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sosial

09 Fevral 2026 21:27 551


Sabah Sabirabad və Hacıqabul rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

"Yeni Sabah" xəbər verir ki bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

"Qaz İxrac" İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi ilə əlaqədar olaraq fevralın 10-da, saat 09:30-dan etibarən işlər başa çatanadək "Qarasu" QPS-dən Sabirabad rayonunun 16 kəndində - Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yolçubəyli, Narlıq, Zəngənə kəndlərində (7 298 abonent), Hacıqabul rayonunun 12 kəndində - Qarasu, Padar, Abdulabad, Kolanı, Talışbinalar, Talış, 1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (3 322 abonent), həmçinin "Nərimankənd" QPS-dən Sabirabad şəhəri Z.Əliyev küçəsi və rayonun 17 kəndində - Kürkəndi, Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9 837 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır", - məlumatda qeyd olunub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!