Sakinlərlə MTK arasında anlaşılmazlıq - Video

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərlə MTK arasında anlaşılmazlıq - Video

Sosial

09 İyun 2024 19:38 562


Paytaxtın Nəsimi rayonunun Ağadadaş Qurbanov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və Balababa Məcidov küçələrində yaşayan sakinlər ərazidə söküntü işləri aparan Mənzil Tikinti Kooperativindən şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, şirkət onlara evlərini tərk etmək üçün yetərli məbləği ödəməyib və üstəlik, söküntü işləri onlar mənzillərini tərk etmədikləri halda aparılır.

Mənzil Tikinti Kooperativinin müdiri Ramil Qasımov isə bildirib ki, sözügedən ünvanları əhatə edən ərazidə 150-yə yaxın fərdi yaşayış evi var ki, onların da sahibləri ilə danışıqlar aparılıb və mənzillərin 80 faizinə qədəri şirkət tərəfindən alınıb, söküntü işləri də buna əsasən aparılır. pizza sifarişi

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!