Şakira və Pike qırğına hazırlaşır - Uşaqları bölə bilmirlər

saytların hazırlanması

Evə çatdırılma

Şakira və Pike qırğına hazırlaşır - Uşaqları bölə bilmirlər

Şou

04 İyul 2022 11:48 1163


"Barselona"nın futbolçusu Jerar Pike və məşhur müğənni Şakira ayrıldıqdan sonra övladlarının qəyyumluğu uğrunda mübarizə aparmağa hazırlaşırlar.

Yenisabah.az "Marca"ya istinadla xəbər verir ki, kolumbiyalı müğənni 2 oğlunu Mayamiyə aparmaq niyyətindədir. Pike isə bunu istəmir. Tərəflər artıq vəkil tutub və məhkəməyə hazırlaşırlar.

Pike və Şakira bu yaxınlarda görüşüb vəziyyəti müzakirə ediblər, lakin futbolçunun uşaqları analarının yanına - ABŞ-a getməyə buraxmaması sənətçinin qəzəbinə səbəb olub. pizza hut

O, Jerarı bəzi sirlərini açmaqla  və şəxsi həyatının hələ də naməlum qalan təfərrüatlarını işıqlandırmaqla hədələyib.

35 yaşlı müdafiəçi və 45 yaşlı müğənni 12 illik münasibətdən sonra ötən ay ayrılıblar. Buna səbəb isə ispaniyalı oyunçunun xəyanət etməsi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!